Tanınmış futbolçu karyerasını bitirdi

İspaniya yığmasının heyətində iki dəfə Avropa çempionu olmuş 41 yaşlı yarımmüdafiəçi Santi Kazorla karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, futbolçu bunu sosial şəbəkə hesabında açıqlayıb.

Kazorla karyerası ərzində İspaniyanın “Vilyarreal”, “Malaqa”, İngiltərənin “Arsenal” və Qətərin “Əl-Sədd” klublarının da formasını geyinib. O, “Asenal”ın heyətində üç dəfə İngiltərə kuboku və superkubokunun qalibi olub.

Kazorla millinin heyətində 2008 və 2012-ci illərdə Avropa çempionluğunu qazanıb.

Yarımmüdafiəçi yetirməsi olduğu “Ovyedo” (İspaniya) klubunda 2023-cü ildən çıxış edirdi. Kazorla klub səviyyəsində 774 oyuna çıxıb, 144 qol vurub və 156 məhsuldar ötürmə müəllfi olub. O, İspaniya yığmasının heyətində meydana çıxdığı 81 matçda, 15 qol və 11 məhsuldar ötürməyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button