“Turnirləri ayırmırıq, sonadək hər ikisində mübarizə aparacağıq”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 44 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Yaxşı mübarizəli oyuna şahid olduq. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Sevindiricidir ki, komanda şəklində oyundan qopmadıq. Futbolçular hər iki hissədə istədiyimiz futbolu göstərməyə çalışırdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq. Yolumuza davam edirik. Komandamızı təbrik edirəm. Əlbəttə ki, daha yaxşı olmağa çalışırıq. Komandaya inanırıq. Bu durumdan çıxmalıyıq. Getdikcə həm oyun, həm nəticə baxımından daha yaxşı “Qəbələ” görəcəyimizə inanırıq. İndiki halda çətin durumdayıq. Amma nə mən, nə komanda turnirləri ayırmırıq, sonadək hər ikisində mübarizə aparacağıq”.

Baxşıyev heyətə yeni futbolçunun cəlb olunması və legioner limitinin dəyişdirilməsi barədə müzakirələrə də münasibət bildirib: “Axtarışları davam etdiririk. Yeni transferin reallaşması mümkündür. Legioner limitinə iki tərəfdən yanaşmaq olar. Limiti tam götürmək də olar. Büdcəsi böyük olan klublar legioner limitinin artmasını istəyərlər. Azərbaycanlı futbolçularını, millimizi də düşünməliyik. Hesab edirəm ki, indiki limit münasibdir. Belə davam etsələr, daha uyğundur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button