“Beşiktaş” “Arsenal”ın hücumçusu üçün rəsmi təklif göndərib

“Beşiktaş” “Arsenal”ın hücumçusu Leandro Trossard üçün rəsmi təklif göndərib.

Komanda.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Türkiyə klubunun baş məşqçisi Vinçenzo İtaliano hücum xəttini oyun üslubuna uyğun gücləndirmək istəyir. İstanbul təmsilçisi belçikalı futbolçu üçün “Arsenal”a 18 milyon və əlavə 2 milyon avro bonus olmaqla ümumilikdə 20 milyon avroluq təklif təqdim edib.

Hazırda Belçika millisinin heyətində DÇ-2026-da iştirak edən 31 yaşlı Trossardın “Arsenal”la müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq. Bu səbəbdən, London klubu futbolçunu gələcəkdə ödənişsiz itirməmək üçün transferə razılıq verə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button