“Yuventus”dan PSJ-yə yeni təklif

“Yuventus” PSJ-nin hücumçusu Randal Kolo-Muanini transfer etmək üçün təklifini yaxşılaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi Fransa klubuna 40 milyon avroluq (icarə və məcburi satınalma şərti ilə) yeni təklif göndərib.

Kolo Muani PSJ-dən ayrılmaq və məhz “Yuventus”a keçmək istəyir. Tərəflər arasında müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin əsas şərtləri artıq razılaşdırılıb. Futbolçunun illik maaşı 5 milyon avro olacaq. “Yuventus” hazırda PSJ-nin cavabını gözləyir.

Paris təmsilçisi daha əvvəl Turin klubunun 30 milyon avroluq ilk təklifini rədd etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button