
De Bruyne “Napoli”dən ayrıla bilər
“Napoli”nin yarımmüdafiəçisi Kevin de Bruyne bu yay komandanı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin yayına qədər qüvvədə olsa da, əməkdaşlığın vaxtından əvvəl başa çatması istisna edilmir.
Buna səbəb 35 yaşlı futbolçunun Neapol təmsilçisində əsas fiqurlardan birinə çevrilə bilməməsidir. De Bruyne hazırda komandanın vacib oyunçuları sırasında yer almır.
Belçikalı yarımmüdafiəçi ötən mövsüm İtaliya A Seriyasında 18 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 8 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



