
“Messi nə qədər istəsə, o qədər də oynamalıdır”
Argentina millisinin sabiq futbolçusu Anxel Di Mariya, yığmanın kapitanı Lionel Messinin komandadakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi, 39 yaşlı hücumçunun hələ uzun illər yüksək səviyyədə çıxış edə biləcəyini bildirib:
“Messi nə qədər istəsə, o qədər də oynamalıdır. Düşünürəm ki, onun hələ uzun illər çıxış etməyə gücü çatar. O, bu yaşında da dünyanın ən yaxşı futbolçularından biri olduğunu sübut etdi. Leonun imkanlarının həddi yoxdur”.
Lionel Messi 2026-cı il dünya çempionatında 8 qol vurub və 4 məhsuldar ötürmə verib. Argentina millisi mundialı ikinci olaraq başa vurub. Cənubi Amerika təmsilçisi finalda İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olub.
Bizi Facebook-da izləyin



