
Avropa Liqası: “Qarabağ” azarkeşləri üçün ÇSKA ilə matçın biletləri satışa çıxarılır
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.
Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biıetləri “iTicket.az* vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir.
Sofiyadakı “Vasil Levski” arenasında “Qarabağ” azarkeşləri üçün 800 yer ayrılıb.
Komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



