“Neftçi” PAOK-la bacarmadı

Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində final oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəliblər.

Yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələyən “Neftçi” ilə “Hapoel”ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb. Yunanıstanın Veria şəhərində təşkil olunan oyunda PAOK 3:0 hesablı qələbəyə sevinib. Nəticədə sözügedən komanda 2-ci təsnifat mərhələsinə yüksəlib. “Neftçi” isə mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button