“Barselona”da “Sevilya”dakından daha az iş görürdüm”

“Barselona”nın sabiq müdafiəçisi Dani Alveş Kataloniya klubunda çıxış etdiyi dövrlə bağlı xatirələrini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin, komandanın keçmiş baş məşqçisi Xosep Qvardiolanın iş prinsipindən də danışıb:

“Mənə öyrətdilər ki, hər kəs yalnız öz məsuliyyətini daşımalıdır. Buna görə də, “Sevilya”dakından daha az iş görürdüm, amma nəticələr daha yaxşı olurdu. Bəzən meydanı tərk edəndə düşünürdüm ki, bu gün doğrudanmı futbol oynadıq? Amma 5:0 hesabı ilə qalib gəlirdik.

Adətən bazar günü oynayan futbolçular bazar ertəsi məşq etmirdilər. Amma mən məşq edirdim, çünki bu mənim üçün istirahət idi. Qvardiola deyirdi ki, “bu oğlan bir az dəlidir”. O bizə öyrədirdi ki, öz işini gör, başqasının vəzifəsini yerinə yetirməyə çalışma”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button