“Milan” ingiltərəli futbolçudan qurtula bilmir

İngiltərə millisinin yarımmüdafiəçisi Ruben Loftus-Çik “Milan”ın başağrısına çevrilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu müqaviləsinin müddəti başa çatanadək komandada qalmaq, daha sonra isə klubu azad agent statusunda tərk etmək niyyətindədir. Bu isə “Milan” rəhbərliyini qane etmir. Klub yarımmüdafiəçinin transferindən gəlir əldə etməyi planlaşdırsa da, hazırkı vəziyyətdə onu satmaq mümkün görünmür. Nəticədə, “qırmızı-qaralar” Loftus-Çiki ehtiyatda saxlamaq və müqaviləsinin müddətinin başa çatmasını gözləmək məcburiyyətində qala bilər.

İngiltərəli futbolçu 2023-cü ildən “Milan”ın formasını geyinir. O, bu müddət ərzində bütün turnirlər nəzərə alınmaqla İtaliya klubunun heyətində 100 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button