Leonardo İtaliya futbolunun problemlərindən danışdı

İtaliya Futbol Federasiyasının müşaviri Leonardo ölkə futbolunun inkişafı üçün görülməli olan dəyişikliklərdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya millisinin sabiq üzvü, İtaliya futbolunun gənc oyunçuların texniki hazırlığı baxımından geridə qaldığını söyləyib:

“Gənc futbolçulara daha çox sərbəstlik verməliyik. Hər şey məşq metodlarından asılıdır. Baş məşqçi ilə federasiyanın futbol baxışı tam üst-üstə düşməlidir. Məqsədimiz əsas millidən tutmuş, aşağı yaş qruplarınadək, bütün səviyyələrdə vahid futbol fəlsəfəsi formalaşdırmaqdır”.

İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib. Xosep Qvardiola milli komandanın baş məşqçisi olmaq təklifini rədd etdikdən sonra yerli mətbuat Andrea Pirlonu bu vəzifəyə əsas namizəd kimi göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button