
Azarkeşlərindən “Yuventus”a böyük maraq
“Yuventus”un azarkeşləri yeni mövsüm öncəsi komandaya böyük maraq göstərirlər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu qarşıdakı mövsüm üçün mövsümlük abonementlərin satış statistikası da təsdiqləyir. Belə ki, ötən mövsüm premium paketlər də daxil olmaqla 19 200 abonement satılmışdısa, bu dəfə satış kampaniyasının başa çatmasına xeyli vaxt qalmış həmin göstərici artıq üstələnib.
“Yuventus” ötən mövsümün gedişində baş məşqçi dəyişikliyi edərək, İqor Tudorun yerinə Luçano Spallettini gətirmişdi. Komanda onun rəhbərliyi altında A Seriyasını turnir cədvəlinin 6-cı pilləsində başa vurdu.
İtaliya çempionatının yeni mövsümü avqustun 23-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



