“Fənərbaxça” “Roma”lı ilə güclənir – danışıqlar rəsmən başladı

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Roma”nın yarımmüdafiəçisi Dieqo Perottini transfer etmək üçün danışıqlara başlayıb. Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb. Argentinalı futbolçu tibbi müayinədən keçdikdən sonra Türkiyə klubu ilə müqavilə imzalayacaq.

2016-cı ildən “Roma”da forma geyinən 32 yaşlı futbolçunun müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button