Mourinyo iki hücumçu arasında seçim edəcək – “Real”dan göndərmək üçün

“Real” bu yay hücum xəttini daha bir top-futbolçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “kral klubu” yeni transfer üçün heyətdə yer açmaq məqsədilə Qonsalo Qarsiya və ya Endriklə yollarını müvəqqəti ayırmalı olacaq. Baş məşqçi Joze Mourinyo mövsümöncəsi hazırlıq zamanı hər iki hücumçunun çıxışını yaxından izləyəcək. Bundan sonra yekun qərar veriləcək. Gözlənilir ki, ispaniyalı və ya braziliyalı futbolçudan biri icarəyə göndərilsin.

Son mövsümü “Lion”da keçirən Endrik yenidən icarəyə getmək niyyətində deyil. 20 yaşlı hücumçu komandada qalaraq əsas heyətdə yer uğrunda mübarizə aparmaq istəyir.

“Real”ın əsas transfer hədəfi “Bayern”in 24 yaşlı vingeri Maykl Olisedir. Məhz fransalı futbolçunun adı Madrid təmsilçisində ən çox müzakirə olunan namizədlər sırasındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button