
Kloppla 4 illik müqavilə bağlandı
Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Almaniya Futbol İttifaqı ilə 4 illik müqavilə imzalayıb. Kloppun Bundestimin yeni baş məşqçisi kimi təqdimatı bu gün keçiriləcək.
Yulian Naqelsmann 2026-cı il dünya çempionatından sonra tutduğu vəzifədən ayrılmışdı. Buna səbəb Almaniya millisinin uğursuz çıxışı olub. Komanda 1/16 final mərhələsində Paraqvay yığmasına penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşmışdı.
Kloppun son iş yeri “Liverpul” olub. O, 2024-cü ildə məşqçilik fəaliyyətinə fasilə vermək istədiyini bildirərək, İngiltərə klubundan ayrılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



