PSJ-nin keçmiş futbolçusu Qətərin ikinci divizion klubuna keçdi

Fransalı müdafiəçi Presnel Kimpembe karyerasını Qətərdə davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.

30 yaşlı futbolçu Qətərin ikinci divizionunda çıxış edən “Əl-Xaritiyat” klubu ilə razılığa gəlib. Hazırda azad agent statusunda olan Kimpembenin son klubu “Qatar SC” olub. O, bu komandanın heyətində ölkədaxili yarışlarda 11 oyuna çıxıb.

Kimpembe PSJ akademiyasının yetirməsidir. O, 2013–2025-ci illərdə Paris təmsilçisinin formasını geyinib. Təcrübəli müdafiəçi Fransa millisinin heyətində 2018-ci il dünya çempionatının və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button