Türkiyə Super Liqasını tərk edəcək 2 komanda məlumdur

Cari mövsümün sonunda Türkiyə Super Liqasını tərk edəcək iki komanda məlum olub.

Komanda.az xəbər verir ki, bunlar “Kayserispor” və “Karagümrük” klublarıdır. Belə ki, sona bir tur qalmış hər iki komandanın xalı 27-dir və növbəti matçdan asılı olmayaraq, Super Liqanı tərk etmək məcburiyyətində qalıblar.

Super Liqanı tərk edəcək son klub isə son turda məlum olacaq. Namizədlər arasında “Antalyaspor”, “Gənclərbirliyi”, “Kasımpaşa” və Eyüpspor” var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button