Ərəbləri “Fənərbaxça”dan üstün tutdu

Türkiyənin “Fatih Karagümrük” klubunun futbolçusu Alassan Ndao karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Komanda.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Əl Əhli” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ndao ilə 3 illik müqavilə imzalanıb.

Alassanın adı Türkiyənin “Fənərbaxça” klubu ilə də yanaşı hallanırdı.