“Lill”in türk futbolçusu koronavirusdan sağaldı

Türkiyə yığmasının və “Lill”in futbolçusu Zeki Çelik koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “Lill”in baş məşqçisi Kristof Qalte yerli mətbuata açıqlamasında deyib. O, Zekinin son koronavirus testinin mənfi olduğunu bildirib.

Zeki, Türkiyə milli komandasının düşərgəsində koronavirusa yoluxmuşdu.