“Turan Tovuz”un məşqçiləri “Dinamo”nun düşərgəsində olublar

“Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyev, məşqçisi Elxan Abdıyev və qapıçı məşqçisi Yaməddin Əliyev yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq məqsədi ilə Tbilisi “Dinamo”sunun akademiyasında olublar.

Komanda.az xəbər verir ki, üç günlük səfər zamanı məşqçilər “Dinamo” Futbol Akademiyasının direktoru Giorgi İvanişvili, koordinatoru Qabriel Jervazi, baş seleksioneri Temuri Uqreçelidze və məşqçiləri ilə görüşlər keçiriblər.

Onlar buradakı şərait, yeniliklər, məşq metodları, seleksiya qaydaları və digər məsələlər haqda geniş fikir mübadiləsi aparıblar. Hər iki akademiyanın əməkdaşlığı haqda ilkin razılıq əldə olunub.

“Dinamo” akademiyasının rəhbəri Giorgi İvanişviliyə “Turan Tovuz”un forması hədiyyə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button