“Traktor”a 1 qol bəs etdi

Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Fulad”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Sanat Naft”la qarşılaşacaq.

“Traktor” hazırda 21 xalla 16 kollektiv arasında 8-ci, “Maşinsazi” isə 19 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button