“Tottenhem”də yeni qapıçı – rəsmi

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, London klubu “Bernli”dən ayrılan qapıçı Co Hartı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Tottenhem” 33 yaşlı futbolçuyla 2 illik müqavilə bağlayıb.

2007-2018-ci illər aralığında “Mançester Siti”də forma geyinən Hart, 2018-ci ilin yayında “Bernli”yə keçib. O, 75 dəfə də İngiltərə millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button