
“Tottenhem”dən ispaniyalı futbolçu üçün 99 milyon avroluq təklif
“Portu”nun hücumçusu Samu Aqehova “Tottenhem”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu artıq ispaniyalı futbolçu üçün təxminən 99 milyon avroluq transfer təklifi edib. “Tottenhem” hazırda Portuqaliya klubundan cavab gözləyir.
Aqehova bu mövsüm bütün yarışlarda 23 oyunda 16 qol vurub. Onun “Portu” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



