“Tottenhem”in Poçettinoya ödəyəcəyi təzminatın məbləği bilindi

“Tottenhem” klubu dünən istefaya göndərdiyi baş məşqçi Maurisio Poçettinoya təzminat ödəyəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb London təmsilçisinin argentinalı mütəxəssisin müqaviləsinə erkən xitam verməsidir.

“Tottenhem” klubu Poçettino və onun məşqçilər korpusuna 20 milyon funt-sterlinqə yaxın təzminat ödəyəcək.

2014-cü ildən “Tottenhem”i çalışdıran Poçettinonu baş məşqçi postunda Joze Mourinyo əvəzləyib.