“Tottenhem” Eriksenə daha bir əvəzləyici tapdı

İngiltərənin “Tottenhem” klubu komandadan ayrılacağı deyilən Kristian Eriksenin əvəzləyicisini tapıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu “Ayaks”ın yarımmüdafiəçisi Hakim Ziyexi transfer etmək niyyətindədir. “Tottenhem”in mərakeşli futbolçu üçün təzminat məbləği olan 40 milyon avroluq transfer təklifi hazırladığı bildirilir. “Ayaks”ın bu təklifə müsbət yanaşacağı gözlənilir.

“Tottenhem”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Eriksenin adı “Real”, “Mançester Yunayted” kimi klublarla yanaşı çəkilir.

Ziyexin “Ayaks”la müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.

“Tottenhem”in “Barselona”nın futbolçusu Karles Alena ilə də yaxından maraqlandığı deyilirdi.