Tokio-2020: Daha 12 nəfərdə koronavirus aşkarlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.

Komanda.az xəbər verir ki, son bir gündə daha 12 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Onlardan ikisi idmançı, digərləri isə işçilərdir.

Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Daha əvvəl Təşkilat Komitəsi yoluxma artacağı təqdirdə, yarışın ləğv edilə biləcəyini açıqlayıb.