Teo Uolkott Premyer Liqada klubunu dəyişdi

İngiltərənin “Everton” klubu yarımmüdafiəçisi Teo Uolkottu icarəyə göndərib.

Komanda.az xəbər verir ki, 31 yaşlı vinger mövsümün sonuna qədər “Sauthempton”a icarəyə verilib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Sauthempton” Uolkott üçün doğma klubdur. O, məhz bu klubun yetirməsidir. Teo 2006-cı ildə “Arsenal”a satılıb və 12 il London təmsilçisində forma geyinib. 2018-ci ildən isə o, “Everton”da forma geyinirdi. Bu komandanın heyətində 85 oyuna çıxan ingilis hücumçu 11 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button