Tebas sevinir – “La Liqa Messi və Ronaldo olmadan…”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas turnirin inkişafı ilə bağlı fikirlərini bildirib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, La Liqanın gəlirini Fransa Liqa 1-in gəliri ilə müqayisə edib:

“La Liqanın inkişafı üçün təkcə futbolçularla və ya klublarla deyil, həm də, başqa şeylərlə məşğul olmaq lazımdır. Lionel Messi ilə Liqa 1 beynəlxalq televiziya hüquqlarından 70 milyon avro qazandı. Bizim La Liqa isə Messi və Kriştiano Ronaldo olmadan 900 milyon avro qazandı.”

Lionel Messi 2021-ci ildə “Barselona”dan PSJ-yə keçib. 34 yaşlı argentinalı 2021/22 mövsümündə parislilərin heyətində 34 matçda 11 qol vurub və 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin