Təklifləri bəyənməyiblər – “Mançester Yunayted”in sahibləri

“Mançester Yunayted”in sahibləri klubun alınması ilə bağlı müraciətləri qənaətbəxş saymayıb.

Komanda.az “The İndependent”-ə istinadən xəbər verir ki, Qleyzerlər ailəsi hesab edir ki, onlara verilən təkliflərin məbləği kifayət qədər böyük deyil.

Klubun alınmasında maraqlı olanlardan aprelin sonunda, danışıqların üçüncü mərhələsində təkliflərini təkmilləşdirmələri istəniləcək.

Daha əvvəl Qleyzerlərin “Mançester Yunayted”in satışına görə 6 milyard funt-sterlinq almaq istədiyi bildirilirdi.

“Mançester Yunayted”in alınması üçün 4,5 milyard avro təklif edən Qətər şeyxi Casim bin Həməd Al Tani və britaniyalı milyarder Cim Ratkliff əsas namizədlərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button