“Liverpul” böyük dəyişikliklərlə üz-üzədir”

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk Yurgen Kloppun gedişindən sonra komandanın baş məşqçisi vəzifəsinə təyin oluna biləcək niderlandlı mütəxəssis Arne Slot haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ rəsmi açıqlamanın olmadığını bildirib:

“Hələlik rəsmi açıqlama verilməyib, lakin Slotun “Liverpul”un baş məşqçisi olacağı barədə məlumat var. Hər şeyin necə olacağını görərik. Başa düşürük ki, “Liverpul” böyük dəyişikliklərlə üz-üzədir. Maraqlı olacaq. Mən komandanın kapitanıyam, ona görə də, bura gələn hər kəsə kömək edəcəm”.

Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcək. Almaniyalı mütəxəssis komandanı 2015-ci ildən çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button