“Bizdə kəskin müdafiəçi çatışmazlığı var” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın durumu haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, komandanın müdafiəçi çatışmazlığı səbəbindən problemlər yaşadığını söyləyib:

“Əlbəttə, bütün lazımi oyunçularımız olduqda biz çox yaxşıyıq. Ancaq indi bizdə kəskin müdafiəçi çatışmazlığı var. Məhz buna görə komandada problemlər yaranıb”.

“Mançester Yunayted” Premyer Liqanın 36-cı turunun matçında “Kristal Pelas”a 0:4 hesabı ilə uduzub. “Qırmızı şeytanlar” 54 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button