“Yeni mövqeyim mənim üçün idealdır” – Bellingem

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem komandanın baş məşqçisi Karlo Ançelotti haqda fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni mövqeyindən razı olduğunu söyləyib:

“Yeni mövqeyim mənim üçün idealdır, meydanda daha çox azadlıq verir. Bütün təşəkkürlər baş məşqçiyə düşür. Çünki “Borussiya”da daha dərin mövqelərdə uzun müddət oynamış oyunçudan danışarkən, belə bir qərara gəlmək asan deyil”.

“Real” mayın 8-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Bayern”lə qarşılaşacaq. İlk görüş 2:2 hesabı ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button