AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır

AFFA milli komandanın baş məşqçi postu üçün danışıqları davam etdirir.

Komanda.az xəbər verir ki, federasiya rəhbərliyi almaniyalı mütəxəssis Ştefan Kuntsa təklif göndərib. Bu barədə “Sky Sports”un əməkdaşı Florian Plettenberq məlumat yayıb. AFFA 62 yaşlı məşqçi ilə danışıqlar aparır.

Kuntsun adı “Bayern” və Kanada millisi ilə də hallanır. O, Kanada millisində çalışmağa müsbət yanaşır.

Ştefan Kunts 2021-2023-cü illərdə Türkiyə millisinin baş məşqçisi olub. O, daha əvvəl Almaniyanın U-21 yığmasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button