“Araz-Naxçıvan” Azərbaycan kubokunun qalibi oldu

“Araz-Naxçıvan” futzal üzrə Azərbaycan kubokunun qalibi olub.

Komanda.az xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire”la üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan görüşün əsas hissəsi 5:5 hesabı ilə yekunlaşdığından, komandalar əlavə vaxt oynayıblar. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, penaltilər seriyası baş tutub.

Burada isə “Araz-Naxçıvan” rəqibini 5:4 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button