“Mançester Yunayted” “Kristal Pelas”a belə hesabla uduzmamalıdır”

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager Premyer Liqada “Mançester Yunayted”in “Kristal Pelas”la oyununu (0:4) tənqid edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunları deyib:

“Mançester Yunayted” “Kristal Pelas”a belə hesabla uduzmamalıdır. Zədələrlə bağlı problemləri başa düşürəm, amma 23 yaşadək futbolçular akademiyada təhsil alıblar, necə oynamağı bilirlər. Düşünürəm ki, 23 yaşadək komandanın üzvləri bu gün “Mançester Yunayted”də oynasa belə, nəticə daha yaxşı olardı”.

“Kristal Pelas” 43 xalla Premyer Liqada 14-cü yerdədir. “Mançester Yunayted” 54 xalla turnir cədvəlinin 8-ci pilləsində qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button