Mourinyo keçmiş klubuna qayıtmaq istəyir

Portuqaliyalı mütəxəssis Joze Mourinyo keçmiş klubu “Mançester Yunayted”ə qayıtmağa hazır olduğunu bildirib.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, Mourinyo yaxın adamlarına “qırmızı şeytanlar”ı idarə etmək üçün Mançesterə getməyə hazır olduğunu deyib.

Portuqaliyalı mütəxəssis İngiltərə komandasını 2016-cı ilin iyulundan 2018-ci ilin dekabrına kimi çalışdırıb. Onun rəhbərliyi altında “Mançester Yunayted” İngiltərə Liqa kubokunu, ölkə superkubokunu və Avropa Liqasını qazanıb.

61 yaşlı Mourinyonun son iş yeri bu ilin yanvarında tərk etdiyi “Roma” olub.

“Qırmızı şeytanlar”ı hazırda niderlandlı mütəxəssis Erik ten Haq çalışdırır. Komanda Premyer Liqada 35 turdan sonra 54 xalla 8-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button