MY “Bayern”in hədəfində olan futbolçunu izləyir

“Mançester Yunayted” “Bayern”in transfer hədəfində olan yarımmüdafiəçini fəal şəkildə izləyir. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət bu mövsümün sonunda komandasını tərk etmək niyyətində olan “Şalke”nin yarımmüdafiəçisi Assan Uedraoqodan gedir.

“Qırmızı şeytanlar”ın skautları “Şalke”nin ikinci Bundesliqadakı son oyununda Uedraoqonu izləyiblər. Eyni zamanda, futbolçunu transfer etmək üçün favoritlər hələ də “Bayern” və “Leyptsiq”dir ki, bu da onu oyun praktikası zəmanəti ilə cəlb edə bilər. 

“Transfermarkt” portalı 17 yaşlı futbolçunun bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir. O, bu mövsüm ikinci Bundesliqada 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button