Super Liqada ilk tura yekun vuruldu

Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 1-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ADTU-nun idman zalında üç qarşılaşma baş tutub.

Gərgin keçən görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

Sərkərdə – Atom 66:61
Xırdalan – Atletik 67:73
Sıçrayış – 80-lər 84:77

Xatırladaq ki, mövsümün və ilk turun açılış oyununda “Zirvə Astara” “Gəncə” ilə görüşdə 77:56 hesabıyla qələbə qazanmışdı.