Super Liqa klubunun baş məşqçisi qovuldu

Türkiyənin “Göztəpə” klubu baş məşqçisi Kemal Özdeş ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Super Liqanın 23-cü turu çərçivəsində doğma meydanda “Trabzonspor”a 1:3 hesablı yenilgidən sonra klub rəhbərliyi baş məşqçini istefaya göndərmək qərarına gəlib. Rəhbərliklə Özdeş arasında görüşdən sonra tərfələr yollarını ayırmağı məqsədəuyğun sayıblar.

Kemal Özdeş Super Liqanın 16-cı turundan etibarən “Göztəpə”ni çalışdırırdı. O, bu komandanı 8 oyuna çıxarıb, 2 qələbəyə sevindiyi halda 1 heç-heçə ilə kifayətlənib, 5 məğlubiyyətə üzülüb.

Klub rəhbərliyinin baş məşqçi postuna Rza Çalımbay, İbrahim Üzülməz və Məsut Bakkal kimi mütəxəssislərdən birini gətirmək istədiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button