Demba Ba yenidən Super Liqa klubunda

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Şanxay Şenxua”dan Demba Banı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı forvard mövsümün sonuna qədər icarə əsasında “Başakşəhər”də çıxış edəcək.

Karyerası ərzində “Nyukasl”, “Çelsi”, “Beşiktaş” kimi klublarda forma geyinən Demba Ba, 22 dəfə də Seneqal millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button