Super Liqa klubunda baş məşqçi ayrılığı

Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” baş məşqçisi Aykut Kocamanla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

54 yaşlı mütəxəssis 2018-ci ilin noyabrından “Konyaspor”u çalışdırırdı.

“Konyaspor” cari mövsümdə Super Liqada keçirdiyi 21 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button