“Sumqayıt” – “Qarabağ” matçında 7 qol

1-ci divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” klubunun əvəzediciləri bu gün sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri Sumqayıt şəhər stadionunun ehtiyat meydançasında “Qarabağ-2”ni qəbul edib. “Kimyaçılar” 4:3 hesablı qələbə qazanıb.

“Sumqayıt”ın əvəzediciləri bununla da, təlim-məşq toplanışını başa vurub.

“Sumqayıt-2” 6 fevral, saat 14:00-da 1-ci divizionun 14-cü turu çərçivəsində evdə “Qaradağ Lökbatan”la qarşılaşacaq.

Yoxlama oyunu

30 yanvar

Sumqayıt-2 – Qarabağ-2 4:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button