“Sumqayıt”ın futbolçusu əməliyyat olundu

“Sumqayıt” klubunun futbolçusu Tellur Mütəllimov uğurlu əməliyyat keçirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində əməliyyat olunan yarımmüdafiəçi bir həftədən sonra məşqlərə başlaya biləcək.

Tellur Mütəllimov ötən mövsüm 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. Mütəllimov həmin matçlarda üç dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.