“Sumqayıt”dan 75-ci heç-heçə

“Sumqayıt” Azərbaycan çempionatında 75-ci heç-heçəsini edib.

Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 12-ci turunda baş verib. “Gənclik şəhəri” təmsilçisi “Zirə” ilə səfər matçında “sülh”ə imza atıb – 2:2. Sumqayıtlılar evdə 36, səfərdə 39 bərabərliyə nail olub. 75-ci heç-heçə 284-cü oyunda qeydə alınıb.

“Sumqayıt” heç-heçə sayında ölkə çempionatının 11-cisidir. Ən çox heç-heçə isə “Qarabağ”dadır – 189.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button