“Stadionla bağlı narahat deyiləm” – “Mançester Siti”nin üzvü

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Tottenhem”lə qarşılaşacaq “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, matçın “Tottenhem”in yeni stadionunda keçiriləcəyi ilə bağlı danışan belçikalı futbolçu, bunun komandaya təsir etməyəcəyini deyib:

“Bunun oyunda hansısa fərq yaradacağını düşünmürəm. Hər zamankı kimi, azarkeşləri rəqibi dəstəkləyəcək. Stadionla bağlı narahat deyiləm. Hər bir klubun stadionu, azarkeşləri var. Düşünürəm ki, oynayacağımız komanda ilə bağlı narahat olmalıyıq. Çətin matç olacaq, amma ümid edirəm ki, bizim üçün hər şey yaxşı nəticələnəcək.

Çox çətin təqvimimiz var, hətta istirahət etmək üçün vaxtımız yoxdur. Artıq yalnız Çempionlar Liqasındakı oyuna köklənmişik”.

“Tottenhem” – “Mançester Siti” oyunu sabah, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button