“İndi biz hər bir rəqibə hörmət etməliyik” – Spaletti

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandasının Ekvadorla yoldaşlıq görüşündə qazandığı qələbəni şərh edib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, baş məşqçi indi hər bir rəqibə hörmət etməli olduqlarını bildirib:

“Ekvadorun Avropa futbolu haqqında biliyi və cəsarəti var. Bunlar temp, güc və taktiki bacarıq baxımından ən çətin rəqiblərdir.

Bəzən insanların İtaliyanın qələbəsi verilmiş kimi davrandığını eşidirəm, amma belə deyil. İndi biz hər bir rəqibə hörmət etməliyik”.

Qarşılaşma ABŞ-ın Harrison şəhərindəki “Red Bull Arena”da baş tutub. 3-cü və 90+4 dəqiqədə qol vuran italyanlar 2:0 hesabı ilə qalib gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button