“Son 40 ilin ən vacib oyununa ən yaxşı heyətlə çıxmaq istəyirik”

İraq millisinin baş məşqçisi Qraham Arnold qonşu İrandakı münaqişənin yaratdığı səyahət xaosuna görə martın sonlarına planlaşdırılan 2026-cı il dünya çempionatının pley-off oyunlarının təxirə salınmasını istəyib.

İraq yığması martın 31-də dünya çempionatına vəsiqə uğrunda Boliviya – Surinam matçının qalibi ilə oynayacaq. Matç Meksikanın Monterrey şəhərində keçiriləcək.

ABŞ və İsrailin fevralın 28-də İrana hava hücumları həyata keçirməsindən sonra İraq hava məkanını bağlayıb. Buna cavab olaraq Tehran İsrailə, həmçinin, Fars körfəzi ölkələrinə, Azərbaycana – Naxçıvan Muxtar Respublikası ərazisinə raket və pilotsuz uçuş aparatları göndərib. Bu hadisələrdən sonra İraqın hava məkanı bağlanıb və komandanın səfəri çətinləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qraham son 40 ilin ən vacib oyununa ən yaxşı heyətlə çıxmaq istədiklərini bildirib:

“Son 40 ilin ən vacib oyununa ən yaxşı heyətlə çıxmaq istəyirik. İraqda futbolu çox böyük ehtirasla sevirlər. Komanda artıq 40 ildir ki, dünya çempionatına vəsiqə qazana bilmir və bu, mənim bu işi qəbul etməyimin əsas səbəblərindən biri idi. Ancaq hazırda hava məkanı bağlıdır və Meksikaya çatmaq üçün başqa yollar axtarırıq. Fikrimcə, FİFA oyunu təxirə salsa, bizə daha yaxşı hazırlaşmaq üçün vaxt verilər”.

Mütəxəssis təklif edib ki, bu ay Boliviya ilə Surinam qarşılaşsın, daha sonra isə dünya çempionatından bir həftə əvvəl İraq millisi qalib komanda ilə ABŞ-də üz-üzə gəlsin.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button