Solari “Barselona” haqda: Onlara nəyə qadir olduğumuzu göstərəcəyik

“Real”ın baş məşqçisi Santyaqo Solari, La Liqanın 22-ci turunda “Alaves”i 3:0 hesabıyla məğlub etdikləri oyundan sonra İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Solari, İspaniya kubokunun yarımfinalında “Barselona”yla qarşılaşacaqları matç haqda fikirlərini bildirib:

“Bütün turnirlərdə sona qədər mübarizə aparacayıq. Bu matçda da qələbə qazanmaq istədiyimizi gördüz. Həftə ərzində 2-3 oyun keçirməyimiz bizə problem deyil. “Real” heç vaxt təslim olmur.

Gələcək təqvimimiz və “Barselona” matçı haqda düşünmürük. Kataloniya klubuna qarşı yaxşı hazırlaşacağıq və onlara nəyə qadir olduğumuzu göstərəcəyik. “Real” həmişə bütün turnirləri qazanmağa əsas favorit olub”.

“Real” İspaniya kubokunun yarımfinalında “Barselona”yla qarşılaşacaq. Madrid təmsilçisi fevralın 6-da səfərdə, 27-də isə meydanında “Barsa”yla üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button