
DÇ-2026: “Bu oyunçular İngiltərəni möhtəşəm şəkildə təmsil etdilər”
“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer, İngiltərə millisinin meydan sahibi Meksikanı məğlub edərək (3:2), dünya çempionatında 1/4 finalına yüksəlməsindən sonra komandanın çıxışını yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu bunu deyib:
“Bu oyunçular ölkələrini möhtəşəm şəkildə təmsil etdilər. Hər kəs öz işini gördü, bütün çətinliklərin öhdəsindən gəldi. Yüksək hündürlükdə oynamaq və ev sahibi azarkeşlərin təzyiqini dəf etmək asan deyildi. Amma komanda əvvəldən sona qədər əla çıxış etdi. Matçın taleyi həll olunmamışkən, baş məşqçi düzgün əvəzetmələr etdi. Meydana daxil olan futbolçular da üzərlərinə düşən işi gördülər. Bu, həqiqətən də unudulmaz gecə idi”.
İngiltərə millisi dünya çempionatının 1/4 finalında Norveç yığması ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



