
“İnanıram ki, “Torpedo” ilə oyunda əlverişli nəticə qazanacağıq” – “Zirə”nin kapitanı
“Zirə” sabah UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Torpedo”unu (Gürcüstan) qəbul edəcək.
Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Konfransda komandanın kapitanı və yarımmüdafiəçisi Qismət Alıyev də fikirlərini bölüşüb:
“Sabah bizi təcrübəli rəqib gözləyir. Avrokubokların daimi iştirakçılarıdır. Bizim də təcrübəmiz var. İnanıram ki, sabah əlverişli nəticə qazanacağıq.
Düşünürəm ki, havanın isti olması heç bir problem yaratmaz. Bundan əvvəlki avrokubok oyunlarında da bu havalarda çıxış etmişik. Komanda şəklində oyuna köklənəcəyik”.
“Zirə” – “Torpedo” oyunu sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



